Kamal Abdullanın rus dilində nəşr edilmiş "Sehrbazlar dərəsi" kitabının təqdimatı olmuşdur

Yanvarın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Bakı Slavyan Universitetinin (BSU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullanın Sankt-Peterburqun nüfuzlu "Zlatoust" nəşriyyatında rus dilində çapdan çıxmış "Sehrbazlar dərəsi" kitabının təqdimatı olmuşdur.
Tədbirin iştirakçıları əvvəlcə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin "Domodedovo" aeroportunda törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
AYB-nin sədri, xalq yazıçısı Anar, "Zlatoust" nəşriyyatının təsisçisi Stanislav Qolubev, nəşriyyatın baş direktoru Anna Qolubeva, BSU-nun kafedra müdiri, professor Məmməd Qocayev, tərcüməçi Azər Mustafazadə və başqaları mərasimdə çıxış edərək K.Abdullanın özünəməxsus yaradıcılığından, onun oxucuların bədii zövqünün formalaşması istiqamətində gördüyü əvəzsiz işlərdən danışmışlar.
Vurğulanmışdır ki, o, istər elmi, istərsə də bədii əsərlərində daim öz yeni sözü, obrazı, tapıntısı ilə oxucusunun görüşünə gəlmişdir. Ədibin "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" romanları, "Unutmağa kimsə yox", "Ruh", "Bir, iki, bizimki" pyesləri və çoxsaylı hekayələri öz orijinallığı, yeni üslubu ilə daim diqqəti cəlb etmişdir.
Bildirilmişdir ki, bu gün rus dilində nəşrinin təqdimat mərasimi keçirilən "Sehrbazlar dərəsi" romanı hələ 2008-ci ildə Türkiyədə "Avrupa Yakası Yayınları" nəşriyyat evində türk dilində nəşr edilmiş və qardaş ölkə oxucularının böyük rəğbətini qazanmışdır.
Diqqətə çatdırılmışdır ki, yazıçının bu romanı fəlsəfi pritça janrında qələmə alınmışdır və əsərdə sakinləri, məkanı və zamanı idarə etməyə qadir olan Sehrbazlar Dərəsi və bu dərədə baş verən fövqəladə hadisələr haqqında söz açılır. Əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrovadır.
Əminliklə vurğulanmışdır ki, məşhur "Yarımçıq əlyazma" kimi "Sehrbazlar dərəsi" romanı da rus oxucusunun maraqla mütaliə etdiyi əsərlərin sırasına daxil olacaqdır.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında