Polis Akademiyasında dəyirmi masa

Sosial-iqtisadi sahədə köklü dəyişikliklərin baş verməsi, ictimai münasibətlərin daha ahəngdar və intensiv inkişafı hüquq pozuntularının xəbərdar edilməsi və qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinin təkmil forma və metodlarla həyata keçirilməsini zəruri edir. Yaranmış vəziyyətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi daxili işlər orqanlarının əhaliyə daha yaxın olan polis sahə inspektorları xidmətinin səmərəli və yüksək səviyyədə təşkil edilməsindən bilavasitə asılıdır.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Sərəncamı bu sahədə aparılan işlərin hüquqi bazası olmaqla daxili işlər orqanlarının fəaliyyətinin daha səmərəli təmin edilməsinə münbit zəmin yaratmışdır.
Polis sahə inspektorlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərin daha da uğurla davam etdirilməsi bu sahədə aparılan fəaliyyətin elmi təməl üzərində qurulmasını, zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmiş gənc polis kadrlarının hazırlanmasını tələb edir.
Bu məqsədlə yanvarın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının daxili işlər orqanlarının inzibati fəaliyyəti kafedrasında yaradılmış "İnzibati ərazi məntəqəsinin modulu"nda "Cəmiyyət dəstəkli polis sahə məntəqəsi" adlı dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada "DİO-nun inzibati fəaliyyəti" kafedrasının rəisi, polis polkovniki V.Abışov, Akademiyanın elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovnik-leytenantı, hüquq elmləri namizədi N.Əsgərov, kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis mayoru H.Eyvazov, kafedranın baş müəllimi, polis mayoru V.Mansurov, Bakı Şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin inspektoru, polis baş leytenantı Ş.Osmanov və Polis Akademiyasının məzunları olmuş polis sahə rəisləri, habelə 4-cü kurs müdavimləri iştirak etmişlər.
Dəyirmi masada polis sahə məntəqəsinin təyinatı, polis sahə inspektorlarının fəaliyyətinin əsas istiqamətləri və metodları haqqında elmi-nəzəri araşdırmalar dinlənilmiş, xarici ölkələrin qabaqcıl təcrübəsinə istinad edilməklə mübahisəli nəzəri və təcrübi problemlər təhlil edilmişdir.

{nl}


İ.RÜSTƏMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında