Otuz iki il dövlət qulluğunda

Samux rayon icra hakimiyyəti ümumi şöbəsinin müdiri Rəfiqə Mahmudova ömrünün yarıdan çoxunu dövlət qulluğunda keçirib. O, rayon komsomol komitəsinin birinci katibi, rayon partiya komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri, rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifələrində işləyib, ali partiya məktəbini bitirib. Nizam-intizamı, işə məsuliyyəti, səmimiyyəti ilə daim seçilib...
Bu sözlər Samux Rayon İcra Hakimiyyəti aparatında keçirilən görüşdə səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ümumi şöbənin müdiri Rəfiqə Mahmudova üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Bu orden dövlət qulluğu işçilərinə ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğının daha bir parlaq təzahürüdür.
Daha sonra V.Hacıyev ordeni R.Mahmudovaya təqdim etmişdir.
R.Mahmudova çıxış edərək ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirmiş və əmin etmişdir ki, ona göstərilən bu etimadı doğruldacaq, bundan sonra da dövlət qulluğunda şərəflə və vicdanla çalışacaqdır.

{nl}


H.QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında