Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına xəbərdarlıq etmişdir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) respublikanın vətəndaşlarına Tunisdə baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir.
Yanvarın ortalarından başlayaraq Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar keçirilir. Kütləvi iğtişaşlar nəticəsində çoxlu insan həlak olmuş və yaralanmışdır. Tunis hökuməti cari il yanvarın 14-dən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmiş, saat 18.00-dan 05.00-dək küçəyə çıxmağa məhdudiyyət qoymuşdur.
XİN-in xəbərdarlığında deyilir: "Tunisə səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarına yuxarıda qeyd edilmiş məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə edilir. Tunisdə daimi, müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları ölkədə elan olunmuş mövcud qaydalara əməl etməli və iğtişaşlara qarışmamalıdırlar. Yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə və diplomatik nümayəndəliyinin Tunisdəki ofisinə müraciət edə bilərlər."


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında