Milli Məclisdə yeni seçilmiş deputatlar üçün "Xoş gəldiniz" proqramı çərçivəsində tədbir keçirilmişdir

Yanvarın 25-də Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinə yeni seçilmiş deputatlar üçün "Xoş gəldiniz" proqramı çərçivəsində tədbir keçirilmişdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov demişdir ki, belə bir tədbir ilk dəfədir təşkil olunur. Məqsəd yeni seçilmiş deputatlara parlamentin fəaliyyəti, qanunların hazırlanması, müzakirəsi və qəbulu qaydaları, seçicilərlə işin təşkili, dövlət hakimiyyəti orqanları ilə cəmiyyət arasındakı münasibətlərdəki rolu, beynəlxalq əlaqələri barədə məlumat verməkdir. O demişdir ki, hər bir deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ vardır. Parlament həm də dövlət büdcəsi üzərində nəzarəti həyata keçirir, Nazirlər Kabinetinin, Hesablama Palatasının, Ombudsmanın hesabatlarını dinləyir, Azərbaycan dövlətinin başçısının xarici siyasətinin düzgün həyata keçirilməsinə kömək göstərir. Bunun üçün Milli Məclisdə 70-ə yaxın dostluq qrupu vardır və deputatlar bu qruplarda çox fəal olmalıdırlar.
ABŞ səfirliyinin nümayəndəsi Adam Sterlinq, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Parlament proqramının icraçı direktoru Aybəniz Məmmədova layihəni yüksək qiymətləndirmiş və dəstəklədiklərini bildirmişlər.
Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentarizmin mahiyyəti, tarixi, fəlsəfəsi, formaları, iş prinsipləri, Milli Məclisin hakimiyyət bölgüsündəki yeri barədə geniş məlumat vermişdir.
Tədbirdə deputat Mübariz Qurbanlı Milli Məclisin komitə və komissiyalarının fəaliyyətinin hüquqi əsasları, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deputatın statusu, toxunulmazlıq hüququ, fəaliyyətinin normativ əsasları, deputat Məlahət İbrahimqızı qanunvericilik təşəbbüsü hüququnun subyektləri, Milli Məclis sədrinin müavini Bahar Muradova deputatın seçicilərlə işinin təşkili, seçki dairələrində problemlərin həlli və seçici maraqlarının müdafiəsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və s. məsələlər barədə məruzələr etmişlər.
Daha sonra Milli Məclis Aparatının müxtəlif şöbələrinin təqdimatı olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında