Çjan Yannyan: AzərTAc-ın Pekində, Sinxua-nın Bakıda müxbirlərinin fəaliyyətə başlaması ölkələrimizin informasiya sahəsində əməkdaşlığına töhfə verəcəkdir

AzərTAc-ın Pekində, Sinxua-nın Bakıda müxbirlərinin fəaliyyətə başlaması ölkələrimizin informasiya sahəsində əməkdaşlığının genişlənməsinə töhfə verəcəkdir. Bunu yanvarın 25-də Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çjan Yannyan Azərbaycan Dövlət Teleqraf Agentliyində keçirilən görüşdə demişdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov hər iki ölkənin milli informasiya agentlikləri arasında əlaqələrin genişlənməsinin dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulamışdır. O, AzərTAc-ın 2003-cü ildən Çinin Milli İnformasiya Agentliyi - Sinxua ilə ikitərəfli əlaqələrinin yarandığını, bu əlaqələrin hər iki agentliyin üzv olduğu qurumlar çərçivəsində möhkəmləndiyini diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının dinamik xarakter aldığını deyən agentliyin rəhbəri qeyd etmişdir ki, Azərbaycanın regionun lider dövlətinə, dünyada ən yüksək sürətlə artan iqtisadiyyata malik ölkəyə çevrilməsi, dünya birliyində mövqelərinin və nüfuzunun möhkəmlənməsi AzərTAc-ın da beynəlxalq əlaqələrini genişləndirməsinə müsbət təsir göstərmişdir.
Ölkəsinin Azərbaycan ilə münasibətlərin genişlənməsinə böyük maraq göstərdiyini bildirən səfir Çjan Yannyan demişdir ki, bu əlaqələrin inkişafında informasiya mübadiləsinin xüsusi rolu vardır. Bu baxımdan AzərTAc və Sinxua arasında əməkdaşlığın, habelə Bakıda və Pekində müxbir məntəqələrinin fəaliyyətinin əhəmiyyəti böyükdür.
Azərbaycan ilə Çin arasında münasibətlərdə heç bir problemin olmadığını, hər iki dövlətin bir çox sahələrdə faydalı əməkdaşlıq etdiyini xüsusi vurğulayan diplomat demişdir ki, böhran illərində Azərbaycan iqtisadiyyatının inkişafının davam etməsi Çində də böyük maraq doğurmuşdur.
Qarşılıqlı informasiya mübadiləsinin xalqlarımızın bir-birini daha yaxşı anlamasına yol açdığını bildirən səfir Çjan Yannyan AzərTAc ilə Sinxua arasında əlaqələrin daha da genişləndirilməsinə həmişə kömək etməyə hazır olduğunu bildirmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında