Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurası üzvlərinin görüşü olmuşdur

Yanvarın 25-də Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurası üzvlərinin görüşü olmuşdur. Azərbaycan Respublikasının nümayəndə heyətinə nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan nümayəndə heyətinə isə regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili rəhbərlik edirlər. Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki büstünü ziyarət etmişdir.
Tədbir Ziya Məmmədov ilə Ramaz Nikolaişvilinin görüşündən sonra geniş tərkibdə davam etdirilmişdir. İştirakçılar dəmir yolunun tikintisində mövcud vəziyyət, Türkiyə-Gürcüstan sərhədindəki 4 kilometrlik tunelin inşası, sərhədlərin keçilməsi və gömrük prosedurlarının sadələşdirilməsi, gələcək planlar və s. məsələləri müzakirə etmişlər. Görüşdən sonra Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə demişdir: "Tədbirdə tikintinin növbəti mərhələsinin başlanması, işlərin gedişi, bu il üçün layihənin büdcəsi, kredit müqaviləsinin yenidən işlənməsi məsələləri müzakirə olunmuşdur. Kredit müqaviləsinin yenidən işlənməsində faiz məbləğinin artırılması nəzərdə tutulur. Gürcüstan tərəfi də buna artıq razılıq vermişdir. Yəqin ki, kredit faizi təxminən 5 faizə qədər qaldırılacaqdır. Azərbaycanın investisiya layihəsində bu il üçün dəmir yoluna təxminən 80 milyon manat pul ayrılması nəzərdə tutulmuşdur. Görüşdə vəsait artımı ilə yanaşı, digər bir sıra məsələlər də Gürcüstan tərəfi ilə razılaşdırılmış halda müzakirəyə çıxarılmışdır. Biz burada lazımi sənədləri müzakirədən keçirib ümumi rəyə gəldikdən sonra həmin sənədləri ölkələrimizin rəhbərlərinə təqdim edəcəyik. Hazırda işlərin gedişi həm Gürcüstan, həm də Türkiyə tərəfdə yaxşıdır. Tikinti intensiv surətdə cədvələ əməl olunmaqla aparılır. Bu, bir daha tikintinin nəzərdə tutulan müddətdə başa çatdırılacağını deməyə əsas verir".
Gürcüstanın regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili bildirmişdir ki, bu, çox vacib görüşdür. Ötən il tikinti işləri lazımi səviyyədə aparılmışdır. İndi də biz Z.Məmmədovla görüşüb cari məsələləri müzakirə edir və gələcək planlarımızı müəyyənləşdiririk. Layihə Azərbaycan, Gürcüstan və Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, bu layihə dünyanın yüz ən yaxşı layihəsi sırasına daxil edilmişdir. Bu, ölkələrimiz üçün çox önəmli məqamdır. Əminəm ki, bu il də tikinti işləri lazımi səviyyədə aparılacaq və dəmir yolu nəzərdə tutulan müddətdə işə salınacaqdır.
Yanvarın 26-da Əlaqələndirmə Şurasının tədbirində Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcəkdir.

{nl}


İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında