Möhtərəm Prezidentimizin təsərrüfatımıza baş çəkməsi bizim üçün ən ali mükafatdır

Sentyabrın 2-də cənab İlham Əliyevin rayonumuza səfəri çərçivəsində təsərrüfatımızda olması bizim üçün tarixi bir hadisəyə çevrildi. Bu, kollektivimizi hədsiz dərəcədə sevindirdi. Möhtərəm Prezident bizimlə, çaybecərənlərlə səmimi söhbət etdi. Çay sahəsi ilə, tut plantasiyası ilə yaxından tanış oldu. Çay məhsulları ilə, “Yaşıl çay” jurnalı ilə maraqlandı. Gördüyümüz işlər cənab İlham Əliyevin diqqətini çəkdi. Bu, bir daha məni inandırdı ki, 2005-ci ildən xarici ölkədən Azərbaycana gələrək çayçılıq kimi çətin bir sahəyə yatırım qoymaqda səhv etməmişəm.

Əlbəttə, ötən illərdə çətinliklərimiz də oldu. Lakin son anda cənab Prezidenti yanımızda gördük. Yaranan problemlərlə əlaqədar məhz möhtərəm Prezidentimiz İlham Əliyevə müraciət etməklə həllinə nail olduq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə başlıca vəzifə kənd təsərrüfatının müasir səviyyədə inkişafına nail olmaq, yerlərdə müasir tələblərə cavab verən iri istehsal və emal sahələri yaratmaq, torpaqlardan səmərəli istifadə etmək, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaqdır.

Təsərrüfatımızda olarkən cənab Prezidentə məlumat verdim ki, dövlətimizin qayğısından bəhrələnərək, 2006-cı ildə yaratdığım “Yaşıl çay” fermer təsərrüfatı da uğurlarını ilbəil artırır. Bu təsərrüfatda ölkənin ərzaq təminatında mühüm rol oynayan çayçılıq, heyvandarlıq, tərəvəzçilik, bostançılıq kimi sahələr diqqət mərkəzində saxlanılır.

Əsas məqsədimiz isə çayçılığın inkişaf etdirilməsidir. Ötən il çay sahələrindən seçmə üsulla 90 ton yaşıl çay yarpağı topladıq. Bu il isə çay sahələrindən indiyə kimi 18 tondan çox əla növ yaşıl çay yarpağı toplayıb mini çay emalı sexində qablaşdırmışıq. Artıq 16 çeşiddə- “Buket çayı”, “Feyxoa çayı”, “Narın çay”, “ Premium” çayı, “Ekstra”, “Xan çayı”, “Pürrəngi” çayı, “Qara məxməri” çayı, “Tibet” çayı kimi ekoloji cəhətdən təmiz, qatqısız çaylarımız satışa çıxarılır.

Bunlarla yanaşı, ötən il Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq təsərrüfatımızda 1,2 hektar sahədə 12 min ədəd tut tingi əkmişik. Cənab Prezidentin işimizdən razı qalması bizim üçün ən ali mükafata bərabər oldu.

Sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrus istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Mən də bir fermer kimi bu müşavirədə iştirak edirdim. Cənab İlham Əliyevin dərin məzmunlu nitqini böyük diqqətlə dinlədim. Cənab Prezident avqustun 4-də Qax şəhərində keçirilən müşavirədə olduğu kimi, burada da təkcə bu üç sahənin deyil, ümumuiyyətlə, ölkəmizdə kənd təsərrüfatının daha da inkişafı ilə bağlı özünün dəyərli fikirlərini bizimlə bölüşdü və işlədiyimiz bütün sahələrdə daha ürəkdən çalışmağa , məhsul bolluğu yaratmağa çağırdı.

Cənab Prezident bildirdi ki, aqrar sahədə ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər indi deməyə əsas verir ki, biz hazırda bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri, o cümlədən çayçılığı, çəltikçiliyi, sitrusçuluğu da bərpa etməliyik. Ancaq müstəqillik dövründə ilk növbədə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə də əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində hazırda taxılçılıqda böyük inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir.

Prezident qeyd etdi ki, pambıqçılıq demək olar ki, məhv olurdu. O cümlədən, tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, yaddan çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. Artıq çayçılıq, çəltikçilik və sitrusçuluq da inkişaf dövrünü yaşayır.

Xatırladım ki, ötən il 12 min ədəd tut tingi rəhbəri olduğum “Yaşıl çay “ fermer təsərrüfatında əkilib. 1,2 hektarda salınan tut bağı yüksək aqrotexniki qulluq sayəsində sürətlə inkişaf edir. Bu müddətdə tut bağında 5 dəfə beçərmə, 7 dəfə suvarma, 2 dəfə gübrələmə tədbirləri aparılıb. Cənab İlham Əliyev tut əkinlərimizdən də razı qaldı. Prezidentə söylədim ki, bundan sonra daha 50 min tut tingi əkini keçirəcəyəm. Çünki dövlətimizin bu qayğısı bizi çayçılıq kimi baramaçılığı da inkişaf etdirməyə həvəsləndirir. Çalışacağıq ki, növbəti illərdə müasir kümxanamızı də tikib istifadəyə verək. Bu, bizə daha çox gəlir qazandırmaqla yanaşı, kənd yerində yeni iş yerləri açmaqda, ölkəyə isə daha çox valyuta gətirməkdə töhfəmiz olacaqdır.

Bir daha qeyd etməliyəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təsərrüfatımıza gəlişi bizim üçün ən ali mükafat oldu, bir fermer üçün bundan yüksək mükafat təsəvvür etmirəm. Bu gəliş məndə, işçilərimizdə böyük ruh yüksəkliyi yaratdı.

Cənab Prezidentin təsərrüfatımıza gəlişi, müşavirə zamanı çayçılığın inkişafı ilə bağlı irəli sürdüyü önəmli təkliflərə cavab olaraq bu il ən müasir yapon texnologiyası ilə 5 hektarda, gələn il isə daha 10 hektar sahədə yeni çay plantasiyası salmağı, həmçinin baramaçılıq, çəltikçilik və sitrusçuluq kimi rentabelli sahələri inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam.

Avqustun 4-də Qax şəhərində keçirilən məlum müşavirədən sonra az müddət sonra çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı belə geniş müşavirənin Lənkəranda keçirilməsi inanıram ki, bölgəmizin ənənəvi sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına güclü təkan verəcəkdir.

Araz YAĞUBOV,
“Yaşıl çay” FT MMC-nin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında