Azərbaycanda keçirilmiş parlament seçkiləri Avropa standartlarına tamamilə cavab vermişdir

Azərbaycanda keçirilmiş parlament seçkiləri Avropa standartlarına tamamilə cavab vermişdir.
Bu fikir Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iş günündə ölkəmizdə keçirilmiş parlament seçkiləri ilə bağlı məruzə ətrafında müzakirələr zamanı deputatlar tərəfindən dəfələrlə səslənmişdir.
Noyabrda Azərbaycanda keçirilmiş seçkilərin nəticələri ilə bağlı məruzə ilə çıxış edən polşalı deputat Tadeuş İvinski bildirmişdir ki, bəzi həmkarları seçki ilə bağlı hazırladıqları hesabatı bəyənmədiyini, onun qeyri-obyektiv olduğunu ona irad tutmuşlar. Məruzəçi hesabatın tarazlaşdırılmış hesabat olduğunu bəyan etmişdir. O, AŞPA missiyasının seçkilərə hazırlığın vəziyyətini və seçkilərin gedişini müşahidə etdiyinə diqqət çəkmiş, bu seçkilərdə bütün partiyaların təmsil olunmasını müsbət hal kimi qiymətləndirmiş, əvvəlkilərlə müqayisədə ötənilki parlament seçkilərində diqqəti cəlb edəcək dəyişikliklər baş verdiyini, seçki sisteminin təkmilləşdiyini xüsusi vurğulamışdır.
T.İvinski müsbət cəhətlərlə yanaşı, seçkilər zamanı bəzi partiyaların xüsusi fəallıq göstərmədiyini, bir neçə məntəqənin vaxtından əvvəl bağlandığını, ayrı-ayrı adamların adlarının seçicilərin siyahısına daxil edilməməsi kimi kiçik nöqsanları da qeyd etmişdir.
Məruzə ətrafında müzakirələrdə çıxış etmiş deputatlar Azərbaycanda keçirilmiş parlament seçkilərinin bütünlükdə Avropa Şurasının tələblərinə və Avropa standartlarına cavab verdiyini bildirmişlər.

{nl}


Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında