Bakıda "Müasir şəraitdə auditin aktual problemləri" mövzusunda Polşa-Azərbaycan elmi-praktiki simpoziumu keçiriləcəkdir

Yanvarın 27-28-də Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası, Polşa Milli Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Bakıda "Müasir şəraitdə auditin aktual problemləri" mövzusunda Polşa-Azərbaycan elmi-praktiki simpoziumu keçiriləcəkdir.
Auditorlar Palatasından AzərTAc-a bildirmişlər ki, simpoziumun keçirilməsində məqsəd Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın müddəalarına uyğun olaraq, beynəlxalq təcrübənin öyrənilməsi və respublikamızda tətbiq olunmasının təmin edilməsidir.
Tədbirdə yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, auditin müasir problemləri və onların həlli yolları, Avropa Komissiyasının Məcburi Audit Direktivinin tətbiqi və onun praktik nəticələri, habelə qurum tərəfindən müzakirəyə çıxarılmış "Audit siyasəti: böhran dərsləri" mövzusunda məruzələr, çıxışlar və müzakirələrin aparılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, simpozium iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Heydər Əliyev Fondunu ziyarət edəcəklər.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında