Ötən ilin yekunları: carlılar canlı müzakirələrdən razı qaldılar

Kürdəmirdə işgüzar mühit yeni uğurlara yol açır
Nazirlər Kabinetində keçirilən ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, dünyada baş verən böhranlar, təbii fəlakətlər fonunda ölkəmiz üçün stabil keçən 2010-cu ilin ətraflı təhlilləri aparılır, uğurlar, nailiyyətlər müəyyənləşdirilir, problem və çətinliklərin aradan qaldırılması yolları axtarılır.
Bu günlərdə Kürdəmir rayonunun Carlı kəndində keçirilən yığıncaq da bu baxımdan xarakterik və təqdirəlayiq idi. Ötən il yeni tikilmiş Carlı kənd orta məktəbinin yaraşıqlı akt zalında keçirilən yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov vurğuladı ki, artıq tarixə çevrilmiş 2010-cu il ölkəmiz üçün doğrudan da əlamətdar və yaddaqalan bir il olmuşdur. 2010-cu ilin dövlətimizin gücünün, iqtisadi qüdrətinin sınağa çəkilməsi baxımından da xüsusilə fərqləndiyini deyən rayon rəhbəri ötən ilin yaz aylarında aramsız yağan yağışların Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olduğunu və ətraf rayonların ərazilərini basdığını diqqətə çatdırdı. Nəticədə ölkəyə dəyən zərərin aradan qaldırılması üçün heç bir başqa ölkənin və beynəlxalq təşkilatın yardımına möhtac olmayan Azərbaycan Respublikası təkbaşına bu dəhşətli təbii fəlakətin öhdəsindən gəldi. Məhz bu məqamda ulu öndər Heydər Əliyevin "iqtisadi cəhətdən qüdrətli olan dövlət hər şeyə qadirdir" kəlamı və bir də "el gücü sel gücünə qalib gəldi" atalar sözü bir daha öz təsdiqini tapdı.
Yeri gəlmişkən, məlum təbii fəlakət zamanı Kürdəmirdə də evləri, əkin-biçin sahələrini qrunt sularının basdığını, nəticədə müəyyən evlərə zərər dəydiyini bildirən F.Məlikov yüzlərlə evin tikildiyini və tikiləcəyini yığıncaq iştirakçılarının nəzərinə çatdırdı və bütün bunlara görə kürdəmirlilərin ölkə başçısı möhtərəm İlham Əliyevə minnətdar olduqlarını xüsusi vurğuladı.
Yığıncaq iştirakçılarına bildirildi ki, rayonun bütün idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi hesabat yığıncağında əhalini maraqlandıran istənilən məsələ barəsində ətraflı məlumat almaq mümkündür.
- Möhtərəm Prezidentimiz İlham Əliyev həmişə mənəvi dəyərlərə ehtiramla yanaşdığından, ölkə başçısının yerdə nümayəndəsi titulunu daşıyan bizlərin də ən böyük vətəndaşlıq borcu məhz bu vəzifəni şərəflə təmsil etmək, vətəndaşların problemlərinin həllinə diqqət və qayğı ilə yanaşmaqdır - deyən icra başçısı yığıncaq iştirakçılarını tədbirin daha canlı, effektli keçməsi üçün fəal olmağa dəvət etdi.
Ötən ilin yekunları barədə rayon icra hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəsinin və kənd bələdiyyəsinin sədrinin hesabatı dinlənildikdən sonra yığıncaq iştirakçıları onları narahat edən məsələlər barədə soruşdular və yerindəcə ətraflı cavablar aldılar. Ölkəmizin bütün bölgələri kimi Kürdəmirin də sosial-iqtisadi inkişafdan öz payını aldığını və bunun bariz nümunəsi kimi Carlı kəndində müasir tipli orta məktəb binasının tikildiyini xüsusi vurğulayan tədbir iştirakçıları onları narahat edən məsələlərin həllinin, torpağa bağlı olan kənd əhalisinin yüksək məhsul götürə bilməsinin mümkünlülüyündən danışdılar, bütün bunların Prezident İlham Əliyevin imzaladığı və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçiriləcəyinə yüksək inamlarını ifadə etdilər və yığıncağın işgüzar şəraitdə keçməsini təmin etdiyinə görə rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər.

{nl}


Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında