Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti konstitusiya məhkəmələrinin Braziliyada keçirilən II Dünya Konqresində iştirak etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, sədr Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Braziliya Federal Ali Məhkəməsinin sədri Antonio Sezar Peluzonun dəvəti ilə yanvarın 16-dan 19-dək Rio-de Janeyro şəhərində konstitusiya məhkəmələrinin II Dünya Konqresində iştirak etmişdir.
Braziliyanın Federal Ali Məhkəməsi ilə Avropa Şurası Venesiya Komissiyasının birgə keçirdiyi Konqresi açan Braziliyanın vitse-prezidenti Mişel Telmar iştirakçıları salamlamış, konstitusiya məhkəmələri arasında beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Sonra Konqres öz işinə başlamış, hakimlərin müstəqilliyi və qərəzsizliyi, məhkəmə icraatı çərçivəsində insan hüquqları, konstitusiya şikayəti və digər məsələlər müzakirə edilmişdir.
Səfər çərçivəsində Braziliya Federal Ali Məhkəməsi və habelə tədbirdə iştirak edən bir çox dövlətlərin yüksək məhkəmə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, ölkələrimiz arasında məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında