Azərbaycan və Misirin həmkarlar ittifaqı təşkilatları arasında sıx əlaqələr mövcuddur

Yanvarın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) El Sayad All Hamzanın başçılıq etdiyi Misir Elm və Təhsil Araşdırmaları Ümumhəmkarlar İttifaqının (METAÜİ) nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, hər iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasında sıx əlaqələr mövcuddur. Azərbaycanda həmkarlar hərəkatının inkişaf mərhələləri barədə danışan S.Mehbalıyev vurğulamışdır ki, qurum sovet dövründə özünün əsil mahiyyətini göstərə bilməsə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində ciddi dönüş yaranmışdır. Hazırda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 384 min üzvü vardır. Komitə ölkəmizdə ən iri həmkarlar təşkilatlarından biri olmaqla yanaşı, təhsil sahəsində problemlərin həllində mühüm rol oynayır.
Sonra AHİK sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, Azərbaycan dövlətinin bu problemin həlli ilə bağlı ədalətli mövqeyi barədə qonağa ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, erməni işğalı nəticəsində minlərlə təhsil işçisi qətlə yetirilmiş, əsir götürülmüş, məktəb binaları dağıdılmışdır.
Ətraflı məlumata, eləcə də göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən El Sayad All Hamza Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, 700 mindən çox üzvü olan METAÜİ Misir Həmkarlar İttifaqlar Federasiyasının ən böyük təşkilatıdır. Beynəlxalq Təhsil Birliyinin də üzvü olan təşkilat əməkdaşlarının əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini fəal müdafiə edir.
Qonaq təşkilatın beynəlxalq səviyyədə fəaliyyətinin çox geniş olduğunu, elm və təhsil sahəsində bir çox təşkilatlarla qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzaladığını və bu istiqamətdə öz səylərini genişləndirdiyini bildirmişdir.
Sonda Səttar Mehbalıyev və El Sayad All Hamza hər iki ölkənin təhsil işçiləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin yaradılmasını, təcrübə və informasiya mübadiləsinin aparılmasını, bir-birlərinə dəstək olmalarını nəzərdə tutan protokol imzalamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında