Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir.
Bu sözləri Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi jurnalistlərə müsahibəsində demişdir.
Diplomat bildirmişdir ki, səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə məsləhətləşmələr aparacaqdır.
Piter Semnebi demişdir: "Məni Avropa Komissiyası rəhbərinin Azərbaycana səfərindən sonra xarici siyasətlə bağlı məsələlər maraqlandırır. Gündəlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr vardır. Qarabağ probleminin həll olunmamış qalması bizi narahat edir. Biz münaqişənin həlli üçün edilən bütün cəhdlərə diqqət yetiririk. Barrozunun dediklərinin saytdan çıxarılması ilə bağlı deyilənlərə gəlincə, bunu şişirtmək istəməzdim. Saytda mətnin əvvəlki versiyası olmuşdur".
P.Semnebi qeyd etmişdir ki, Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində heç nə dəyişməmişdir. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona görə də bu məsələdə spekulyasiyaya yol vermək olmaz. Əlbəttə ki, Dağlıq Qarabağ problemini həll etmək üçün prinsiplər var və buna da əməl etmək lazımdır. Bizim mövqeyimiz isə dəyişməz qalır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında