Azərbaycan Avropa Şurasına üzv olduğu 10 il müddətində önəmli irəliləyiş və nailiyyətlər əldə etmişdir

Azərbaycan Avropa Şurasına üzv olduğu 10 il müddətində demokratiyanın, təşkilatın təməl prinsiplərinin təşviqi, möhkəmlənməsində önəmli irəliləyiş və nailiyyətlər əldə etmişdir.
Bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ərəfəsində mətbuat konfransı keçirən qurumun sədri Mövlud Çavuşoğlu demişdir.
AŞPA sədri qeyd etmişdir ki, Azərbaycanda keçirilmiş parlament seçkilərində də irəliləyişlər əldə edilmiş, Avropa meyarlarına tam əməl olunmuşdur. Bu fikirlər seçkiyə dair hazırlanan hesabatda da əksini tapmış və bu hesabat qurumun Bürosunun bu gün səhər keçirilən iclasında yekdilliklə qəbul edilmişdir. Azərbaycanda seçki sahəsində irəliləyişlər əldə olunmuşdur. Azərbaycan düzgün yoldadır. Azərbaycan bu yolla davam etməli, islahatlar prosesini, o cümlədən seçki sferasındakı islahatları davam etdirməlidir.
M.Çavuşoğlu əlavə etmişdir ki, Assambleya Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətini bərpa etmək istəyir. Məqsəd qurumun 2005-ci ildə münaqişəyə dair qəbul etdiyi 1416 saylı qətnamənin alt komitə çərçivəsində həyata keçirilməsidir ki, Büro da bu barədə aydın şəkildə fikrini bildirmişdir. Büronun plenar sessiyasının cümə günü keçiriləcək iclasında alt komitənin fəaliyyətinin bərpa olunması haqqında qərar veriləcək və onun sədri təyin ediləcəkdir. Bundan sonra alt komitə yenidən əvvəlki komitənin səlahiyyətləri çərçivəsində işə başlayacaqdır. Mövlud Çavuşoğlu bu komitənin təşkilinin assambleyanın qəbul etdiyi qərar çərçivəsində reallaşdırıldığını demişdir. Qeyd etmişdir ki, komitənin sədri postuna hələlik namizədlər irəli sürülməmiş və bura yeni, obyektiv sədr seçiləcəkdir.
M.Çavuşoğlu vurğulamışdır ki, Azərbaycanın qurumdakı nümayəndə heyətinin də iştirak etdiyi beşgünlük sessiyada jurnalistlərin informasiya mənbələrinin qorunması məruzəsi təqdim olunacaqdır. Avropa Şurasında islahatlar və bundan sonra atılacaq addımlar, İnsan Haqlarına dair Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi, təşkilata üzv dövlətlərdə sağlamlıq siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında