Gəncədə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir

Gəncə Dövlət Universitetində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Elman Məmmədov açaraq akademik Ramiz Mehdiyevin bu kitabının ermənilərin ideoloji təbliğatına ağır zərbə vurduğunu qeyd etmiş və əsəri təhlil edərək onun əsas xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, tarix elmləri namizədləri Asif Cavadov və Samir Pişnamazzadə məruzələrlə çıxış edərək əsrlər boyu tarixi saxtalaşdıran, onu öz mənafelərinə uyğun yazmağa çalışan ermənilərə tutarlı cavab olan "Gorus-2010: absurd teatrı mövsümü" kitabının əhəmiyyətindən danışmışlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov akademik Ramiz Mehdiyevin Ermənistan prezidenti Serj Sarkisyanın sayıqlamalarına tarixi faktlarla cavab verən yeni kitabını yüksək dəyərləndirmiş, onun öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır.
Eldar Əzizov yüz illərlə xalqımıza qarşı düşmənçilik mövqeyində dayanan, dəfələrlə azərbaycanlıları soyqırımına məruz qoyan, eləcə də ölkəmizə qarşı hərbi təcavüz edən və işğalçılıq siyasəti aparan ermənilərin iç üzünü açan faktları konfrans iştirakçılarının diqqətinə çatdırmış, bu yaxınlarda Moskvada Gəncənin tarixini saxtalaşdıran kitabın nəşri ilə bağlı fikirlərini açıqlamışdır.
Konfransda, həmçinin Gəncə və onun tarixindən bəhs edən yeni kitabın nəşri ilə bağlı müzakirələr aparılmış, respublika ziyalılarına müraciət qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında