Sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən bidiriblər ki, hazırda nazirliyin fəaliyyətdə olan sosial xidmət müəssisələrində 1106 nəfər şəxs daimi dövlət təminatında yaşamaqla, eyni zamanda, stasionar şəraitdə sosial xidmətlərlə də təmin olunur.

Qeyd edək ki, həmin insanlardan 776 nəfəri 18 yaşdan yuxarı şəxslərdir. 230 nəfər tənha ahıl və əlilliyi olan vətəndaş Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda, qalanları isə ruhi-əsəb əlilləri olmaqla,  nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar. ƏƏSMN-nin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində isə 330 nəfər uşaq stasionar şəraitdə sosial xidmətlərlə təmin edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılmaqla bərabər, belə müəssisələrdə təminat səviyyəsi daha da yaxşılaşdırılıb. Eyni zamanda, müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, pansionat üçün yeni korpus inşa olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqların yaşayışı, həmçinin reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nümunəvi şərait yaradılıb.

Qeyd olunanlarla bərabər, sosial xidmət müəssisələrindəki şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün deinstitusionalizasiya tədbirləri də davam etdirilir. Bu sahədə aparılan işlər nəticəsində cari ilin ötən dövründə həmin müəssisələrdən 31 nəfər şəxs doğma ailələrinə qayıdıb. Onlardan 18 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında