Vaşinqtonun meri Qara Yanvar haqqında bəyannamə imzalamışdır

Səlahiyyətlərinə yeni başlayan ABŞ paytaxtının meri Vinsent Qrey 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilmiş qırğında şəhid olanların xatirəsini anmaq məqsədi ilə bəyannamə imzalamışdır.
Sənəddə bildirilir ki, bu il yanvarın 20-də bütün Amerika azərbaycanlıları Qara Yanvarın 21-ci ildönümünü qeyd etmişlər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana hücum edilmişdir. Təcavüzkarlara qəhrəmancasına müqavimət göstərərkən yüzlərlə azərbaycanlı həlak olmuş və yaralanmışdır. Azərbaycanlılar üçün bu qanlı hadisələr ölkənin müstəqilliyinə aparan yolun bir hissəsi olmuşdur.
Vaşinqtonun meri ABŞ paytaxtının sakinlərini Qara Yanvar hadisələrinin qurbanlarını anmağa çağırmışdır.

{nl}


Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında