Bakı Ağ Şəhər layihəsi Riqada təqdim olunub

16-18 yanvar tarixlərində Riqada, Radison otelində Azərbaycan-Latviya biznes-forumu çərçivəsində Bakı Ağ Şəhər layihəsinin təqdimatı keçirilib.
Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin inkişafı məsələlərinin müzakirə olunduğu biznes-forum Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəsmi səfəri çərçivəsində təşkil olunmuşdu.
Latviyanın və Azərbaycanın iş adamlarına məlumat verildi ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə , "Atkins", "Foster + Rartners" (Böyük Britaniya), və "F+A Architects" (ABŞ) kimi dünyada şöhrətli şirkətlərin iştirakı ilə hazırlanmış Baku White City layihəsi paytaxtımızın müasir mərkəzi anlayışını dəyişdirərək onun daha da genişlənməsinə və Bakı bulvarının əhəmiyyətli dərəcədə uzanmasına kömək edəcəkdir. Tədbirdə Bakı Ağ Şəhər layihəsi çərçivəsində potensial investorlar üçün xüsusi imtiyazların nəzərdə tutulduğu və bu səbəbdən, onun investisiyalar üçün tam əlverişli olduqu xüsusilə vurğulanmışdır.
Layihə barədə animasiya filminin nümayiş olunduğu təqdimat bütün iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
"2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı" haqqında Azərbaycanın Prezidenti cənab İlham Əliyevin fərmanın icrası çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər şəhərsalma layihəsi paytaxtın yeni, müasir mərkəzinin yaradılmasına, həmçinin yeni tipli şəhər infrastrukturunun inkişafına kömək edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında