"Azərbaycanda 20 Yanvar faciəsi"

Küveytdə bu adda jurnal nəşr edilib
Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycanda 20 Yanvar faciəsi" adlı jurnal nəşr edilib, həmin hadisələrə həsr olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanıb. Jurnalda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycana daxil olaraq, zirehli hərbi texnika və silah tətbiq etməklə mülki əhaliyə divan tutması fotoşəkillər vasitəsilə oxuculara təqdim olunub.
Nəşrdə ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqımıza qarşı törədilmiş vəhşiliyə qarşı etirazını bütün dünyaya bəyan etməsi xüsusi vurğulanır. Bildirilir ki, ulu öndər Heydər Əliyevin iradəsi nəticəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilib və bu faciəni törədənlərin adları dünya ictimaiyyətinə açıqlanıb. "Azərbaycanda 20 Yanvar faciəsi" jurnalı və DVD formatında sənədli film Küveytin rəsmi qurumlarına, İslam Mərkəzinə, ölkənin nüfuzlu ali təhsil ocaqlarına, elmi mərkəzlərinə və kitabxanalarına, mətbuat orqanlarına və televiziya kanallarına göndərilib.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında