Avropa Parlamentinin vitse-spikeri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan səfirliyinə məktub ünvanlamışdır

Azərbaycanın Belçika Krallığındakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Avropa Parlamentinin (AP) Rumıniyadan olan macar əsilli vitse-spikeri Laszlo Tokes 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar Azərbaycanın Belçika Krallığındakı səfirliyinə məktub ünvanlamışdır.
Məktubda L.Tokes 21 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı zorakılıq törətməsi, nəticədə günahsız mülki şəxslərin həyatına son qoyulması və yüzlərlə insanın yaralanmasını xatırladır. O, eyni ildə Sovet İttifaqının Baltikyanı ölkələrindən Latviya və Litvada zorakılığa əl atmasının dinc insanların qətlinə gətirib çıxardığını qeyd edir.
Rumıniya vətəndaşı və Transilvaniya bölgəsinin macar icmasının üzvü olaraq, həmvətənləri ilə birlikdə sovet totalitar rejiminə qarşı çıxdıqları və demokratiyaya aparan yolu qurduqlarını qeyd edən Laszlo Tokes zülmə tab gətirmiş və demokratiya uğrunda mübarizə aparmış Azərbaycan xalqının qətiyyət və cəsarətini alqışlayır.
Sonda AP-nin vitse-spikeri Azərbaycan xalqına layiq olduğu sabitlik və rifah arzulayır.

{nl}


Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında