Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hesabatları dinlənilmişdir

Təhsil Nazirliyindən bildirmişlər ki, nazirlikdə İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilmişdir.
İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə şöbənin fəaliyyətindən danışmışdır. O bildirmişdir ki, il ərzində 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakı təmin olunmuş, mətbuat konfransları keçirilmiş, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin televiziya və radio verilişlərində iştirakı, 450-yə yaxın müsahibəsi təşkil edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Mətbuatının 135 illiyi ilə əlaqədar jurnalistlər arasında "Təhsil və media: peşəkarlığın artırılmasına dəstək" mövzusunda müsabiqə keçirilmişdir.
Təhsil Nazirliyinin rəsmi internet saytının məzmunu və məlumat bazasının zənginliyi barədə söz açan B.Hüseynzadə nazirliyin saytına ölkəmizdə, eləcə də xarici ölkələrdə böyük maraq olduğunu nəzərə çarpdırmışdır. O, Təhsil Nazirliyinin saytının "Milli Net-2010" müsabiqəsinin qalibi olduğunu vurğulamışdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva BŞTİ-nin fəaliyyət istiqamətləri, təhsildə idarəetmənin təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, müəllimlər müsabiqə yolu ilə işə götürülərkən məktəbdə həmin ixtisas üzrə işləyən müəllimlərin orta dərs yükünün ən azı 18 saat olması ciddi tələb kimi qarşıya qoyulmuşdur.
İl ərzində məktəblərdə müxtəlif bilik yarışları, olimpiadalar, inşa yazı, rəsm, plakat müsabiqələri, baxış-sərgilər və idman turnirlərinin keçirildiyini söyləyən N.Rzaquliyeva qazanılan uğurları nəzərə çarpdırmışdır. Qeyd etmişdir ki, ötən il 5867 müəllim ixtisasartırma kurslarına, 2014 müəllim müxtəlif tematik kurslara cəlb olunmuşdur.
Təhsil naziri Misir Mərdanov hesabatlar barədə fikirlərini bildirmiş, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini vermişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında