Azərbaycanın milli maraqlarına cavab verən iki beynəlxalq sənəd Milli Məclisin müzakirəsinə çıxarılmışdır

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin yanvarın 21-də keçirilmiş iclasında iki beynəlxalq əhəmiyyətli məsələyə baxılmışdır. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov 2010-cu il noyabrın 18-də Bakıda imzalanmış "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" Saziş barədə məlumat vermişdir. O demişdir ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə təqdim olunmuş bu Saziş çərçivəsində 5 Xəzəryanı dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan terrorçuluqla, mütəşəkkil cinayətkarlıqla, silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, brakonyerliklə, insan alveri və qanunsuz miqrasiya ilə mübarizədə, həmçinin dəniz gəmiçiliyinin və üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq edəcəklər.
Fikir mübadiləsi zamanı qeyd olunmuşdur ki, bu Saziş Azərbaycanın milli maraqlarına uyğundur, Xəzərin statusunun müəyyənləşdirilməsi istiqamətində irəliyə doğru addımdır. Saziş bir daha göstərir ki, Xəzər dənizi hərbi çəkişmələrin meydanı deyil, sülh dənizi olmalıdır.
Sonra gündəlikdəki ikinci məsələ - "Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında"- barədə məlumat verilmişdir. Sazişin əhəmiyyətindən danışan Z.Əsgərov demişdir ki, sənəddə fövqəladə hallarda qarşılıqlı yardımın göstərilməsi, fövqəladə halların proqnozlaşdırılmasına və qarşısının alınmasına dair məlumat mübadiləsi, əhalinin belə hadisələr zamanı ilkin tibbi yardım göstərməyə hazır olması üçün bu sahədə təcrübə mübadiləsinin aparılması, sənaye qəzaları və təbii fəlakətlər nəticəsində baş verə biləcək çirklənmələrlə bağlı ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsi, elmi tədqiqatların aparılması, mülki müdafiə sahəsində mütəxəssislərin hazırlanması və s. müddəalar nəzərdə tutulmuşdur.
Müzakirələrdə çıxış edən deputatlar bildirmişlər ki, Azərbaycan fövqəladə hallar zamanı qonşu dövlətlərə yardım göstərilməsi sahəsində kifayət qədər təcrübəyə malikdir. Qazaxıstanla əməkdaşlıq bizim milli maraqlarımıza cavab verir.
Sonda hər iki saziş təsdiq olunmaq üçün Milli Məclisə tövsiyə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında