Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişdir

Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin 21-ci ildönümi ilə əlaqədar anma tədbirləri çərçivəsində "Atatürk Orman Çiftliyi"nin sərgi salonunda mərasim təşkil etmişdir.
Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və onların xanımları, diaspor nümayəndələri, elm və incəsənət xadimləri, Türkiyənin yüksək vəzifəli şəxslərinin xanımları, çox sayda KİV nümayəndəsi mərasimdə iştirak etmişlər.
Azərbaycanın Türkiyədəki səfirinin xanımı Lalə Bağırova mərasimi açaraq demişdir ki, XXI əsrin astanasında yaşanan bu faciə heç vaxt unudulmayacaqdır. Bu günü o faciəli gecədə şəhid olanların ruhuna Bakı meydanlarında yerə sərilmiş qərənfillərin dili ilə sizlərə çatdırırıq. Qoy bir daha belə faciə yaşanmasın, gənclər həlak olmasın, analar ağlamasın.
Qazi Universitetinin professoru Rahilə Şükürova çıxışında demişdir ki, bu qətliamı törədənlər öz çirkin əməllərini gecə həyata keçirmişlər. Onlar zənn etmişdilər ki, gecənin qaranlığı bu çirkinliyi örtəcəkdir. Lakin Azərbaycan xalqının azadlıq mübarizəsi bütün bunları açmaqla yaddaşlara həkk etmişdir. Biz bu olanları heç vaxt unutmayacağıq və Azərbaycan xalqının müstəqillik uğrunda verdiyi qurbanları, yaşadığı faciələri bütün dünyanın diqqətinə çatdıracağıq.
Sonra Ankara Balet Məktəbinin rəqs qrupunun tələbələri "Eşq və insanlığın öldüyü gecə" adlı xoreoqrafik səhnə nümayiş etdirmişlər. Ankara Dövlət Operasının solistləri Tərlan Qəzənfəroğlu (skripka) və Natalya Qrudnyankovanın (piano) ifa etdikləri həzin musiqi sədaları altında tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən sərgi və faciəni qərənfillərin dili ilə anladan sənət əsərləri ilə tanış olmuşlar.
Türkiyənin nüfuzlu "Haber Türk" qəzetinin 19 yanvar tarixli sayında 20 Yanvar faciəsi ilə bağlı məqalə də dərc olunmuşdur.
Qanlı Yanvar faciəsi ilə bağlı anma tədbirləri çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyi ilə Türkiyənin nüfuzlu düşüncə quruluşlarından biri olan Türkiyə Strateji Araşdırmalar Mərkəzi birgə konfrans da təşkil edəcəklər. {nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında