Oxucu məktublarında sosial siyasətdən razılıq ifadə edilir

Ehtiyacı olan insanlara göstərilən qayğı – pensiya və müavinətlərin, tələbə və aspirantların təqaüdlərinin artırılması, çoxsaylı yeni iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin pulsuz tibbi müayinədən keçirilməsi, müxtəlif peşə sahiblərinin təmənnasız olaraq yeni mənzillərlə təmin edilməsi müasir Azərbaycan reallıqlarıdır. Ölkə əhalisinin böyük əksəriyyəti kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə və göndərdiyi məktublarda bu siyasət barədə səmimiyyətlə söz açır, minnətdarlıq edir. Həmin məktublardan “Xalq qəzeti” redaksiyasına ünvanlananları da vardır.

Sumqayıt Şəhər Təhsil Şöbəsi Veteranlar Şurasının sədri Məşdi Zeynalovun məktubunda dövlət qurumlarının yaşlı nəslin nümayəndələrinə göstərdiyi qayğıdan məmnuniyyətlə söz açılır. Müəllif yazır ki, ölkə gəncliyinin gələcəyə hazırlanmasında xüsusi xidmətləri olmuş müəllimlərin bu şəkildə qayğı ilə əhatə olunması təkcə diqqət deyil, həm də iman göstəricisidir.

Gəncəli oxucumuz, şəhid atası Elçin Əsədov isə dövlət qurumlarının şəhid ailələrinə göstərdiyi qayğı və diqqəti ordu quruculuğumuzun möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım adlandırır.

Naxçıvan şəhəri, Nizami küçəsi, 53-də yaşayan əmək veteranı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Arif Həbibov Səhiyyə Nazirliyinin Müharibə və Əmək Veteranları Xəstəxanasında müalicə alan xəstələrin əhatə olunduğu qayğı və diqqətdən söz açır: “Azərbaycan dövlətinin yeritdiyi sosial siyasətin miqyası gündən-günə genişlənir. Məhz ona görə də dövlət səhiyyə müəssisələrinə müraciət edən xəstə və qocaların müayinəsi də, müalicəsi də daha səmərəli olur”. Müəllif əlavə edir: “İsmayıllı rayonunun sakini, İkinci dünya müharibəsinin veteranı, sinəsini orden və medallar bəzəyən Niyaz Ağayev, Culfa rayonunun Milax kəndinin sakini, 90 yaşlı Seyfəddin Novruzov və digər pasiyentlər məndən xahiş etdilər ki, bu xəstəxanada yaşlı nəslin nümayəndələri üçün yaradılmış şəraitə görə dövlətə və dövlət başçısına olan minnətdarlıqlarını mətbuat səhifələrinə çıxardım. Bu məktubu ağsaqqalların xahişini yerinə yetirmək üçün qələmə aldım”.

Təqdim etdi:
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında