Tələbələr 20 Yanvar faciəsi haqqında yaşıdlarını məlumatlandırıblar

Tələbələr 20 Yanvar qətliamının 21-ci ildönümünü özünəməxsus şəkildə qeyd etmişlər. Xüsusi köynəklər geyinmiş, 300-dən çox ali məktəb tələbəsi və könüllü gənclər 20 Yanvar hadisələrini əks etdirən bukletlər paylamışlar, yaşıdlarına bu gün barədə ətraflı məlumat vermişlər. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə keçirilmiş "Qəhrəmanlıq salnaməsi" adlı aksiya "Elmlər Akademiyası" stansiyasının qarşısından start götürərək Şəhidlər Xiyabanına doğru davam etmişdir.
ATGTİ-nin sədri Şahin İsmayılov bildirib ki, 20 Yanvar qətliamını ürək ağrısı ilə ansalar da, bu, xalqımızın tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Onun sözlərinə görə tələbə gənclər, xüsusilə də aksiya iştirakçıları o qanlı hadisələri görməsələr də, valideynlərindən və hadisə şahidlərindən çoxlu faktlar eşidiblər. Azərbaycan gəncləri yüksək savada və dünyagörüşə malikdir, dövlətimizin gələcəyi biz gənclərin əlindədir. Odur ki, hamımız tariximizi mükəmməl bilməliyik. Məqsədimiz gənclərə 20 Yanvar həqiqətləri barədə məlumat vermək, tariximizi daim öyrənməyə və xalqımızın qan yaddaşına yazılmış hüznlü günləri unutmamağa çağırmaqdır"
Sonra aksiya iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüşlər.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 20 Yanvar hadisələrinin 20-ci ildönümü ərəfəsində təşkil etdikləri "Mənim 20 yaşım var" aksiyası da maraqla qarşılanmışdı.

{nl}


Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında