Ağsuda anım mərasimi

Ağsu rayonunun bütün idarə və müəssisələrində, təşkilatlarında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə çıxış edənlər bu günün xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd etmiş, məhz həmin ağır günlərdə ulu öndər Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı səfirliyinə gələrək haqq səsini qaldırması xüsusi vurğulanmışdır.
20 Yanvar günü isə rayon ictimaiyyətinin nümayəndələri rayonun "Qəhrəmanlıq parkına" gələrək torpaqlarımızın azadlığı uğrunda həlak olmuş ağsuluların xatirəsini yad etmiş, onların abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.
Sonra rayon mədəniyyət evində faciənin 21-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmışdır. O, Azərbaycan xalqının qan yaddaşına çevrilmiş 20 Yanvar faciəsini azadlığa, müstəqilliyə gedən yolun zirvəsi adlandırmış, həmin hadisələrə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra siyasi qiymət verildiyini bildirmişdir. Sonra rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Mirqubad Orucovun "Milli qürur günü" mövzusunda məruzəsi dinlənilmiş, 20 Yanvar faciəsi ilə əlaqədar filmi və ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

{nl}


İlqar MUSAOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında