Londonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Qara Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, mərasimdə yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri, azərbaycanlı tələbələr, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Fəxrəddin Qurbanov faciə və onun baş verdiyi tarixi şərait haqqında danışmış, ölkəmizin suverenliyinin və müstəqilliyinin qazanılmasında bu günün əhəmiyyətini vurğulamışdır.
Qanlı Yanvarı sovet imperiyasının süqutunu sürətləndirən hadisə kimi səciyyələndirən diplomat bildirmişdir ki, yüzlərlə insanın qətlinə və yaralanmasına gətirib çıxaran bu faciə, həm də ölkəmizin tarixində ən şərəfli günlərdən biridir.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film göstərilmişdir.
Mərasimdə, həmçinin Londondakı "Azərbaycan Evi"nin idarə heyətinin sədri Əli Təkin Atalar, Cənubi Qafqaz üzrə britaniyalı tədqiqatçı, professor Tamara Draqadze və Azərbaycan icmasının üzvü, hadisənin şahidi Fəridə Əkbərian çıxış etmişlər.
Çıxışlarda 20 Yanvar faciəsi günü sovet imperiyasının öz vətəndaşlarına qarşı misli görünməmiş vəhşilik törətdiyi və yüzlərlə silahsız əhaliyə qarşı zorakılıq tətbiq etdiyi bildirilmişdir. Eyni zamanda faciəyə beynəlxalq səviyyədə lazımi diqqət yetirilmədiyi və onu törədənlərin layiqli cəzalarını almamalarının təəssüf doğuran hal olduğu vurğulanmışdır. Faciənin sadəcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş qanlı hadisə olduğu xüsusi qeyd edilmişdir.
Sonda mərasim iştirakçıları 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti haqqında fikir mübadiləsi aparmışlar.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında