Almaniyada 20 Yanvar faciəsinə həsr olunmuş "Azadlığa gedən yollar" adlı anma mərasimi keçirilmişdir

Berlində 20 Yanvar hadisələrinin 21-ci ildönümünə həsr olunmuş "Azadlığa gedən yollar" adlı anma mərasimi keçirilmişdir.
Tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində fəaliyyət göstərən "Azərbaycan evi", Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Bakı Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
AAKM-in icraçı direktoru Samira Patzer-İsmailova Azərbaycan xalqının qan yaddaşına yazılmış 20 Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışmışdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov xalqımızın taleyinə qara hərflərlə yazılmış Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, bu hadisələri unudulmaz tarix, Azərbaycan xalqının azadlığı uğrunda qəhrəmancasına apardığı mübarizə kimi səciyyələndirmişdir. O, eyni zamanda, ümummilli lider Heydər Əliyevin bu hadisələr zamanı tutduğu əsl vətənpərvərlik mövqeyindən ətraflı bəhs etmişdir.
Mərasimdə "Azadlığa gedən yollar" sənədli filmindən fraqmentlər nümayiş etdirilmiş, 1990-cı ilin yanvarında törədilmiş tarixi cinayətin miqyası bir daha iştirakçıların gözləri qarşısında canlandırılmışdır.
Tədbir "Yaddaşın sədası" adı altında musiqi nömrələri və rəsm sərgisi ilə davam etmişdir. Berlində yaşayan tarzən Cavad Mirzəyev muğamlarımızdan parçalar və Azərbaycan xalq musiqisi nümunələrini ifa etməklə şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramını bildirmişdir.
Sərgidə isə həmyerlimiz Gündüz Əlizadənin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilmişdir. O qanlı-qadalı günlərin şahidi olmuş Gündüz Əlizadə mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçirdiyi sarsıntılardan və əsərlərin yaranma tarixçəsindən danışmışdır. Tədbirdə, eyni zamanda, rəssam Əşrəf Heybətovun qanlı yanvar günlərinin dramatik hadisələrinə həsr edilmiş və hazırda Bakı muzeylərində saxlanılan əsəri haqqında da məlumat verilmişdir.
Azərbaycan, türk diasporu və alman ictimaiyyətinin nümayəndələrinin, Azərbaycan səfirliyi əməkdaşlarının iştirak etdikləri tədbir şam süfrəsi ilə başa çatmışdır.

{nl}


Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında