Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatı

Cari il yanvarın 13-də Azərbaycan Respublikasında səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə birgə mətbuat konfransında çıxışında digər məsələlərlə bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir. X.M.Barrozu demişdir: (sitat) "İcazə verin, onu da bildirim ki, Avropa İttifaqı, əlbəttə ki, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyirik və etimadyaratma tədbirlərini maliyyələşdirməyə hazırıq". (Let me also stress that European Union of course supports the principle of territorial integrity of its partners including Azerbaijan. We are fully backing the efforts of the OSCE Minks Group and we stand right to provide further support if agreed by all parties).
Xarici İşlər Nazirliyi dərin narahatlıqla bildirir ki, M.Barrozunun xarici və yerli kütləvi informasiya vasitələri qarşısında etdiyi çıxış Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməmiş və çıxışın Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəz edilmişdir.
Xarici İşlər Nazirliyi bildirir ki, belə bir hal təəssüf və təəccüb doğuraraq Avropa İttifaqı ilə münasibətləri, qarşılıqlı etimad və əməkdaşlığı ciddi sual altına qoya bilər. Xarici İşlər Nazirliyi bir daha xatırladır ki, Azərbaycan Respublikası BMT, ATƏT və digər beynəlxalq təşkilatlara SSRİ daxilində olduğu sərhədləri çərçivəsində üzv qəbul olunub və ölkənin ərazi bütövlüyü və suverenliyi dünyanın bütün dövlətləri tərəfindən (Ermənistan Respublikası istisna olmaqla) tanınır. Avropa Komissiyasının rəsmi internet səhifəsində M.Barrozunun çıxışına edilən düzəlişlər Avropa İttifaqının imicinə mənfi təsir edə biləcək addım kimi qiymətləndirilərək, eyni zamanda, Aİ ilə Azərbaycan Respublikası arasında 1999-cu ildə imzalanmış "Əməkdaşlıq və tərəfdaşlıq Sazişi"nin ruhuna ziddir.

{nl}


19 yanvar 2011-ci il.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında