Milli Məclisin rəhbərliyi qaçqın və məcburi köçkün ailələrinə bayram sovqatı göndərmişdir

 Martın 17-də Milli Məclisin rəhbərliyi  Qobustan rayonunda məskunlaşan qaçqın və məcburi köçkün  ailələrinə Novruz bayramı ilə əlaqədar sovqat göndərmişdir.

{nl}

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu  münasibətlə 162 qaçqın və məcburi köçkün ailəsinin iştirakı ilə  keçirilmiş tədbirdə qeyd olunmuşdur ki, hazırda rayonda 483  nəfər  qaçqın  və məcburi  köçkün müvəqqəti olaraq  məskunlaşmışdır.  Parlament  rəhbərliyi Ermənistanın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə qayğı göstərilməsini artıq bir ənənəyə çevirmişdir. Onların qayğı və problemləri Milli Məclisin önəm verdiyi əsas sosial məsələlərdəndir. Toplantı iştirakçılarına qarşıdan gələn Novruz  bayramı  münasibətilə Milli Məclis rəhbərliyinin salamları, təbrikləri  çatdırılmış, hər birinin tezliklə öz doğma ocağına qovuşacağına inam ifadə olunmuşdur.

{nl}

Həyat  yoldaşını və üç oğlunu Xocalı  faciəsində itirən Narxanım Məmmədova Milli Məclis tərəfindən  daim xüsusi  diqqət hiss  etdiklərini vurğulamış, bayram sovqatına görə qaçqın və məcburi  köçkünlər adından  minnətdarlığını  bildirmişdir.

{nl}

Sonra düyü, şəkər tozu, qənd, çay, un, kərə yağı, bitki yağı və digər zəruri ərzaq məhsullarından ibarət 166 dəst hədiyyə bağlaması rayonun Mərəzə qəsəbəsində və Hilmilli kəndində məskunlaşan  qaçqın və məcburi  köçkün ailələrinə paylanmışdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında