Yanvarın 20-də saat 12:00-da respublikanın bütün avtomobil yollarında nəqliyyatın və piyadaların hərəkəti dayandırılaraq bir dəqiqəlik sükut elan ediləcəkdir

Baş Dövlət Yol Polisi İdarəsindən bildirmişlər ki, yanvarın 20-də saat 12:00-da respublikanın bütün avtomobil yollarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün nəqliyyatın və piyadaların hərəkəti dayandırılaraq bir dəqiqəlik sükut elan ediləcəkdir.
Şəhidlər Xiyabanını ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə yanvarın 20-də saat 8:00-dan mərasim qurtaranadək paytaxtın Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcəkdir.
Parlament prospekti boyunca avtomobillərin yol kənarlarında parklanmasına yol verilməyəcəyi nəzərə alınaraq əhalidən xahiş olunur ki, bu istiqamətə gəlmək üçün ümumi istifadədə olan nəqliyyat vasitələrin üstünlük versinlər.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında