Sosial siyasətin prioritet hədəfləri

Ölkəmizdə aparılan sosial siyasətin əsas hədəflərindən biri də sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, bunun üçün onların və ailələrinin sosial xidmətlərə əlçatanlığının təmin olunmasıdır. Statistikaya görə, bu gün Azərbaycanın sosial təminat sisteminin əhatə dairəsində olanların bir hissəsi də uşaqlardır.

Hazırda sağlamlıq imkanları məhdud uşaqlardan, müharibə əlillərinin, I və II qrup Çernobıl  əlillərinin, şəhid ailələrinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların övladlarından, habelə aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlardan ibarət olmaqla, ümumilikdə, 102,2 min nəfər uşağa görə dövlət tərəfindən aylıq sosial müavinət ödənilir. Həmçinin, ailə başçısını itirməyə görə 24 250 ailəyə aylıq sosial müavinət, 118 167 ailəyə aylıq əmək pensiyası verilir və onların da ailə üzvlərinin böyük əksəriyyəti, eləcə də ünvanlı sosial yardlım alan ailələrdəki ailə üzvlərinin, demək olar ki, yarısı uşaqlardır. Bununla bərabər, nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 331 nəfər sağlamlıq imkanları məhdud uşaq daimi dövlət təminatında yaşayır və stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.

Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Eyni zamanda, fondun dəstəyi ilə Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyətə başlayıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya sisteminin yüksək standartlar səviyyəsində qurulması yönündə də mühüm işlər aparılıb. Ötən ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ailə üzvlərinin iştirakı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Burada ən müasir tələblər səviyyəsində reabilitasiya şəraiti yaradılıb.

Sosial sifarişlər əsasında icra olunan layihələrin böyük əksəriyyəti sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yönümlü xidmətlərlə təmin olunmasına, müvafiq təbəqələrdən olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına yönəlib. Müvafiq təbəqələrdən olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, onların sosial xidmətlərlə təminatı sahəsində fəaliyyətin səmərəli təşkilində UNİCEF-lə əməkdaşlıq xüsusi önəm kəsb edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNICEF arasında 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və digər mühüm istiqamətlərdə əməkdaşlıq həyata keçirilib. 2016-cı ilin may ayında ƏƏSMN və UNİCEF arasında 2016--2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanan “2016--2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” əməkdaşlığın inkişafında mühüm rol oynayıb.

BMT Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanda uşaqların sağlam və firavan böyümələri, fiziki-mənəvi inkişafı üçün aparılan siyasəti yüksək dəyərləndirib. O, ötən dövrdə ƏƏSMN və UNICEF arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib və birgə fəaliyyətin qarşıdakı dövrdə uğurla davam etdirilməsi üçün yaxşı zəmin formalaşdığını vurğulayıb.

Qeyd edək ki, ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən biri də əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanı  olmalarına şərait yaradılmasıdır. Bu yönümdə həyata keçirilən tədbirlərin bir istiqaməti də əlilliyi olan şəxslərə yaz-yay mövsümündə mənalı istirahət etmək üçün şəraitin yaradılmasıdır.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən 1100 nəfərdən çox əliliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Cari ilin yaz-yay mövsümü başlanandan bəri onlardan artıq 755 nəfərin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib. Qalan şəxslər də mövsümün sonuna qədər istirahət mərkəzlərinə yola salınacaqdır. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb gətirilməsi də xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının 90 illiyinə həsr olunmuş simpoziumda sosial sığorta sisteminin tətbiqində nailiyyətlər əldə edən ölkələrin bu sahədə uğurlu iş təcrübələri, eyni zamanda, Azərbaycanda əmək və sosial müdafiə sahələrində müasir və operativ, səmərəli idarəetmənin formalaşdırılması, xidmət sahələrinin şəffaflaşdırılması və “bir pəncərə” prinsipi üzərində qurulması üçün aparılan islahatlar diqqətə çatdırılıb. Bu sahələrdə yaradılan avtomatlaşdırılmış sistemlər, o cümlədən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə ətraflı məlumat verilib.

BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülən bu sistemin əmək bazarına nəzarətin operativ və səmərəli təşkili, bu sahə ilə bağlı dəqiq uçotun aparılması, vətəndaşların əmək və sosial hüquqların təminatına əsas yaratması və s. baxımından üstünlükləri qeyd edilib.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında