Azərbaycanın Fransadakı səfiri erməni lobbisinin nümayəndəsinə layiqli cavab vermişdir

Fransada erməni lobbisinin nümayəndəsi, Parisdə fransız dilində gündəlik nəşr olunan "Ermənistan xəbərləri" ("Les Nouvelles d'Armenie") qəzetinin direktoru Ara Toranyan ölkənin nüfuzlu "Le Monde" qəzetinin dekabrın 28-də dərc ediyi "Paris erməniləri zəiflədir" adlı məqaləsində artıq ermənilərin sağalmaz xəstəliyinə çevrilmiş qondarma "erməni soyqırımı"ndan bəhs etmişdir.
A.Toranyan yazısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirmişdir ki, guya, Fransa Xarici İşlər Nazirliyinin yüksək rütbəli nümayəndəsi Rolan Kalharak müdafiə məsələləri üzrə Amerikanın dövlət katibi Uilyam Burnslə söhbətində Fransada çox güclü erməni icmasının yaşadığını, bu icmanın Dağlıq Qarabağ bölgəsində münaqişənin sülh yolu ilə həllində başlıca maneə olduğunu bildirmişdir.
Erməni xislətinə sadiqliyini nümayiş etdirən A.Toranyan fransız oxucularına tamamilə yanlış məlumat verərək, münaqişə barədə əsl faktları təhrif etmiş, Azərbaycan və Türkiyəninın "müstəqil erməni anklavı Dağlıq Qarabağ"a düşmənçilik münasibəti bəslədiyini və müharibə hədələri ilə bağlı çıxışlar səsləndirdiklərini bəyan etmişdir.
Fransada yaşayan erməni icmasına haqq qazandıran A.Toranyan öz xələflərindən heç də geri qalmayaraq əsrlər boyu Azərbaycanın tarixi ərazisi olmuş Dağlıq Qarabağı "müstəqil erməni anklavı" kimi qələmə verməklə həm fransızlarda, həm də dünya ictimaiyyətində çaşqınlıq yaratmağa səy göstərmişdir. Bununla da o, dolayısı yolla Dağlıq Qarabağın Ermənistan ərazisi olmasına işarə etmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov elə A.Toranyanın çıxış etdiyi qəzetdəcə ona layiqli cavab vermişdir. Səfirin cavabı "Le Monde" qəzetinin yanvarın 19-da işıq üzü görmüş nömrəsində "Azərbaycan səfirinin məktubu" adı ilə dərc olunmuşdur.
Münaqişə barədə qısa, lakin aydın və lakonik məlumat verən səfir bildirmişdir ki, A.Toranyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişə haqqında təhrif olunmuş, həqiqətdən çox-çox uzaq yanlış təsvir təqdim edir. Dağlıq Qarabağ və Azərbaycan Respublikasının ona bitişik 7 rayonunun (Azərbaycan ərazisinin 20 faizi ) Ermənistan tərəfindən işğalı öz doğma torpaqlarından qovulmuş bir milyon azərbaycanlı nəzərə alınmazsa, minlərlə azərbaycanlının həlak olması ilə nəticələnmişdir. 1992-ci ildən etibarən ATƏT-in Minsk qrupunun himayəsi altında Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara baxmayaraq, Ermənistan nəzarətdə saxladığı həmin ərazilərin azad olunması ilə razılaşmaq istəmir.
Səfir göstərmişdir ki, işğal olunmuş ərazisinin bir qarışının belə düşmən tapdağı altında qalması ilə hec vəchlə razılaşmayan Azərbaycan bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrə əsaslanaraq münaqişənin dinc yolla həllinə çalışır.

{nl}


Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında