Azərbaycan və Litva arasında daha sıx əməkdaşlıq imkanları müzakirə edilmişdir

Yanvarın 19-da Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas və onu müşayiət edən ProReNata Araşdırma İnstitutunun (Litva) direktoru Maldeikis Evgeniyus və Praqmata Beynəlxalq Münasibətlərin İnkişafı İnstitutunun (San Marino Respublikası) direktoru Piero Skarpellini Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşlar.
SAM-dan bildirmişlər ki, mərkəzin direktoru Elxan Nuriyev qonaqlara SAM-ın fəaliyyəti - nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat vermişdir.
Ölkələrimiz arasında bir sıra sahələrdə daha sıx əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin iki ölkə arasında təmasların intensivləşməsinə zəmin yaradacağına əmin olduqlarını bildirmişlər.
Daha sonra qonaqlar SAM-ın elmi işçiləri ilə görüşmüş, onlarla regional və beynəlxalq məsələlər, bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparmışlar.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında