Sosial xidmət sistemi ilə əhatə olunanların sayı artır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər ki, nazirlik tərəfindən hazırda 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Onlardan 1 089 nəfəri ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır. Qeyd edək ki, Azərbaycan Prezidenti
İlham Əliyevin əhalinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı sosial xidmət müəssisələrində yaşayanların da hərtərəfli təminatının güclənməsinə, bu müəssisələrdə müasir tələblərə uyğun şəraitin yaradılmasına imkan verib. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Sosial xidmətlərlə təmin olunanlardan 11 209 nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə DSMF-nun yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla evlərində sosial-məişət xidməti göstərilir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Qeyd olunanlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlardan ibarət 2 min nəfərdən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Nazirlik tərəfindən müəyyən edilmiş prioritet istiqamətlərdə həyata keçirilən bu layihələr əsasında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə müvafiq işlər aparılır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında