Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmişdir

{nl}

Yanvarın 19-da Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin şəxsi heyəti Qanlı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin adından "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.
Anma mərasimində nazir Eldar Mahmudov və nazirliyin əməkdaşları Vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş təhlükəsizlik orqanlarının şəhid olmuş əməkdaşlarının məzarlarını da ziyarət etmiş, onların xatirələrinə hörmət və ehtiramlarını bildirmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında