20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Ombudsman Aparatında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar toplantı keçirmişdir.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Müvəkkil çıxışında sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi kimi daxil olmuş o qanlı gecədən 21 il keçdiyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, XX əsrdə törədilmiş ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməldir. Zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm də qürur günü kimi yazılmışdır.
Ombudsman bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgələrinə yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdur. Öz torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar atəşə tuş gəlmiş, qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir. İnsanlıq simasını itirmiş hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün onların cəsədlərini belə məhv etmişlər.
Qeyd olunmuşdur ki, həmin faciəyə siyasi-hüquqi qiyməti ilk olaraq ümummilli lider Heydər Əliyev vermişdir. O, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş, kəskin bəyanatla çıxış edərək, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırmış, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etmişdir.
Toplantıda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar insan hüquqları üzrə müvəkkilinin BMT-nin baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanladığı bəyanatı səsləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında