Şəhidlər Xiyabanı ümumxalq hüzn gününə hazırdır

{nl}

20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri başa çatmışdır.
20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq, təmizlik işlərinə 10 gün əvvəlcədən başlanmışdır. Bakı şəhərinin mənzil-kommunal təsərrüfat idarələrinin əməkdaşları xiyabanda təmizlik işlərinin aparılmasına cəlb edilmişdir.
Şəhidlər Xiyabanının girişində gül kompozisiyası yaradılmışdır. Kompozisiya xalçaçı-rəssam Cavanşir Əliyevin dizaynı əsasında hazırlanmışdır. Bu il Şəhidlər Xiyabanında yaradılan kompozisiya bir qədər fərqlidir. Ərazidə ağ və qırmızı qərənfillərdən xalça və yanan şamlar kompozisiyası yaradılmışdır. Bu təsviri yaratmaq üçün minlərlə qərənfildən istifadə olunmuşdur. Xiyabanın bəzədilməsi üçün güllər Bakı kəndlərindən gətirilmişdir.
20 Yanvar faciəsinin ildönümünə saatlar qalmasına baxmayaraq, şəhidlərin xatirəsini yad etmək istəyənlərin kütləvi axını artıq başlamışdır. Yanvarın 20-də xiyabana insan axını çox olacağından müəllimlər, orta məktəblərin şagirdləri bir neçə gün əvvəldən şəhidlərin məzarlarını ziyarət edirlər.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında