Bakı Avrasiya Universitetində 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir

20 Yanvar hadisələrinə həsr olunmuş "Qanlı tarix və susan dünya ictimaiyyəti" adlı tədbiri universitetin rektoru professor. Nazim Hüseynli açıq elan etdikdən sonra qonaqları salamlamış və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra universitetin Elm və xarici əlaqələr üzrə prorektoru professor Firuz Mustafayevə xalqımızın qanlı səhifələrindən biri olan 20 Yanvar və onun dəhşətləri haqqında danışmışdır.
Tədbirdə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, professor Vaqif Arzumanlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və başqaları çıxış edərək ermənilərin təhriki ilə Sovet ordusunun hücumu və onun faciəvi nəticələrindən danışmışlar. Tədbirdə habelə qanlı olayların canlı şahidləri tədbir iştirakçıları ilə xatirələrini bölüşmüşlər.
Tədbirdə respublkamızın tanınmış elm və mədəniyyət xadimləri, universitetin müəllim və tələbə heyəti, eləcə də yerli icra strukturlarının məsul işçiləri iştirak etmişlər. Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

{nl}


Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında