AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin yığıncağı olmuşdur

Yanvarın 18-də Milli Məclisdə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin yığıncağı olmuşdur.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, bu il Azərbaycanın AŞPA-da təmsil olunmasının 10 ili tamam olur. Bu nüfuzlu qurumda əsası ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə qoyulan və Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində böyük nüfuz qazanan parlament təmsilçiliyimiz ötən 10 ildə ölkəmizin maraqlarını layiqincə qorumuşdur.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, sonra iclasda AŞPA-dakı nümayəndə heyətinin qarşısında duran vəzifələrdən danışılmışdır. Ölkəmizi bu beynəlxalq qurumda təmsil edəcək deputatlara AŞPA-nın strukturu, fəaliyyəti, qarşıdakı yanvar sessiyasının gündəliyi barədə ətraflı məlumat verilmişdir.
Yığıncaqda iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AŞPA-dakı nümayəndə heyətimizin yeni tərkibinə qurumdakı fəaliyyətlərində, Azərbaycanın maraqlarına xidmət edən şərəfli və məsul missiyanın həyata keçirilməsində uğurlar arzulamış, AŞPA-nın iş rejimi ilə bağlı fikirlərini açıqlamışdır.
Sonra nümayəndə heyətinin üzvləri fikir mübadiləsi aparmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında