Şəhidlərin xatirəsi ölməzdir

Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar faciəsindən 21 il ötür. Bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində də geniş qeyd olunur.
Rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayonun ali təhsil müəssisələrində 20 Yanvara həsr olunan toplantı və xatirə mərasimləri, dəyirmi masalar təşkil olunur. Orta məktəblərdə Qanlı Yanvara həsr olunmuş fotostendlər düzəldilib, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilir. Şagird və tələbələrin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur.
Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində rayon rəhbərliyi və ictimaiyyət mümayəndələrinin qanlı faciənin ildönümü ilə bağlı geniş iclası keçiriləcək. Bütün orta məktəblərdə birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcək. Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon məktəbliləri üçün "Mənim ağ göyərçinim" tamaşasının ictimai baxışı təşkil olunacaq.
Şəhidlər Xiyabanının Səbail ərazisində yerləşməsi ilə əlaqədar rayonun təsərrüaft xidmətləri bu günlərdə xüsusi iş rejimində çalışırlar. Xiyaban və onun ətrafında abadlıq işləri aparılır. Yanvarın 20-də təsərrüfat xidmətlərinin işçiləri səliqə-səhmanın yaradılması üçün bütün gün ərzində xiyabanda olacaqlar. Yanvarın 20-də Bibiheybət ziyarətgahında və İçərişəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.
Dünən Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirilmişdir.Mərasim torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın qanyaddaşında əbədi həkk olunmuşdur. Keçmiş sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun himayəsi ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğını diqqət mərkəzində saxlamış, onlara verilən təqaüd və müavinətləri artırmışdır.
Rayon icra hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmışdır.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda şəhid ailələri və əlillərə maddi yardım edilmiş və ərzaq bağlamaları paylanılmışdır.

{nl}


R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında