YAP Qadınlar Şurasının "Zəriflik" jurnalının birinci nömrəsi çap olunmuşdur

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təsis etdiyi "Zəriflik" adlı jurnalın birinci nömrəsi çapdan çıxmışdır.
Jurnalda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva haqqında "Xeyirxah ənənələrin davamçısı" adlı məqalə yer almışdır.
Bununla yanaşı, jurnalın ilk sayında Milli Məclis sədrinin müavini Bahar Muradova ilə müsahibə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın məqaləsi və müxtəlif sahələrdə çalışan qadınların yazıları dərc edilmişdir.
Jurnalda, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsində fəal iştirak edən qadınlarla bağlı yazılar, digər maraqlı materiallar da dərc edilmişdir.
Jurnalın baş redaktoru YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevadır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında