İctimai Komitənin yeni tərkibi formalaşdırılmışdır

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində penitensiar xidmətin təkmilləşdirilməsinə, məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılmasına, şəffaflığın artırılması məqsədi ilə bu sahədə ictimai nəzarətin gücləndirilməsinə xüsusi önəm verilir. Bu məqsədlə 2006-cı ildən penitensiar sistemdə ictimai nəzarəti təmin etməklə səmərəli fəaliyyət göstərən İctimai Komitənin hazırkı tərkibinin növbəti birillik səlahiyyət müddəti başa çatmışdır.
Ötən dövrdə İctimai Komitə müxtəlif cəzaçəkmə müəssisələrinə 260-dan artıq başçəkmə həyata keçirmiş, məhkumların saxlanma şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtının səmərəli təşkilinə və digər məsələlərə diqqət yetirmişdir. Qeyd olunmalıdır ki, başçəkmələrin nəticələri üzrə hesabatlar Ədliyyə Nazirliyinə təqdim edilmiş, ictimaiyyətə müvafiq açıqlamalar verilmişdir.
Birillik səlahiyyət müddəti başa çatmış İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi, habelə qurumun yeni tərkibinin formalaşdırılması məqsədi ilə yanvarın 18-də üzvləri Milli Məclisin deputatlarından, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın iclasında İctimai Komitənin dördüncü tərkibi tərəfindən bir il ərzində görülən işlər haqqında məruzə dinlənilmiş, aparılmış monitorinqlərin daha müntəzəm xarakter alması, qurumun müsbət təcrübəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmadığı, bütövlükdə fəaliyyətinin qənaətbəxş olduğu qeyd edilmişdir. Komitənin qarşısında mühüm vəzifələrin dayandığı vurğulanmış, qarşılıqlı dialoq və əməkdaşlıq şəraitində vətəndaş cəmiyyəti və dövlət orqanları nümayəndələrinin birgə səyləri təqdir edilmişdir.
Tədbirdə komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilmiş, təhlillər aparılmış, qurumun işində iştirak etmək arzusunda olan hüquq-müdafiə, qeyri-hökumət təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılmış, komitənin yeni tərkibi formalaşdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında