Avstriya ilə əməkdaşlıq əlaqələri genişlənir

Avstriyanın ailə və gənclərlə iş üzrə naziri Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov respublikamızda aparılan islahatların ölkə iqtisadiyyatında sabit iqtisadi artıma imkan yaratdığını bildirib. Son 6 ayda ixracın 36 faiz, o cümlədən qeyri-neft ixracının 27 faiz artdığı respublikada əmək bazarında inkişafın və məşğulluğun təminedici faktoru kimi iş yerlərinin daimi artımı prosesinin davam etdiyini, bu ilin ilk yarısında ölkəmizdə əlavə olaraq 122 min yeni iş yeri açıldığını deyib.

Görüşdə əmək və sosial müdafiə sahələrinin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması istiqamətində son illərdə ölkədə aparılan islahatlar, bu sahələrdə avtomatlaşdırılmış sistemlər barədə məlumat verilib, İKT-nin tətbiqi sahəsində əldə olunmuş bu təcrübələrin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi qeyd edilib. 2014-cü ildən tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 8,8 milyon dəfədən çox müraciət edildiyi bildirilib.

Aktiv əmək bazarı proqramlarının daim genişləndirildiyi vurğulanıb, bu proqramın ailə əməyinə əsaslanan fərdi təsərrüfatların artmasına, aztəminatlı ailələrin gəlir və biznesə çıxış imkanlarına yiyələnmələrinə istiqamətləndiyi, bu günədək artıq 820 ailənin aktivlərlə təmin olunduğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyi bildirilib, bu əlaqələrin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyi vurğulanıb. Son illərdə əməkdaşlıq şəraitində birgə icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi diqqətə çatdırılıb. “Ölkəmizdə sosial xidmətlərin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi, “Sosial xidmətin inkişafı Strategiyası”nın layihəsinin hazırlanması, sosial xidmətlərdə yeni “Sosial iş” modelinin tətbiqi kimi önəmli sahələrdə Avstriyanın aidiyyatı qurumları ilə əməkdaşlıq şəraitində aparılan işlərdən bəhs edilib.

S.Karmasin və nümayəndə heyətinin üzvləri iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatları, habelə sosial-iqtisadi inkişaf proseslərində qadınların kişilərlə bərabərhüquqlu iştirakının təmin olunması, gənclərin məşğulluğu istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Onlar ölkələrimiz arasında ötən dövrdə əldə olunmuş əməkdaşlıq təcrübəsinin gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında