Əli Həsənov: Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaqdır

{nl}

Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə əngəl törədən Ermənistan hakimiyyəti Azərbaycanın hərbi qüdrətini artırmasını ciddi mesaj kimi qəbul etməlidir.
Şöbə müdiri demişdir ki, münaqişənin həlli ilə bağlı prinsiplər və tərəflərin mövqeyi bəllidir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar yenə də uzanır. Ermənilər danışıqlar prosesini nəyin hesabına olursa-olsun uzatmağa çalışırlar.
Əli Həsənov demişdir ki, Azərbaycan hərbi qüdrətini artırır, müdafiə sənayesini inkişaf etdirir. 2011-ci il üçün bu sahəyə ayrılan büdcə vəsaiti 3 milyard dolları ötəcəkdir. Bu isə belə deməyə əsas verir ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaqdır. Ermənilər məsələnin həllini nə qədər uzatsalar belə, Azərbaycan gec-tez torpaqlarını işğaldan azad edəcəkdir.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında