Azərbaycan lotereyası tarixində rekord məbləğ - 130 000 manat uduldu!

Lotereya həvəskarlarının çoxdan bəri həyacanla gözlədikləri hadisə baş verdi. "Ailə sevinci" lotereyasının 15-ci tirajında Yardımlı rayon sakini Novruzov Zaur Qaraxan oğlu 130 min manat məbləğində "cek-pot"u uddu. Lənkəran sakini Etibar Mirzəyevin keçən il "Yeni Binqo" oyununda udduğu 126800 manat rekord uduşdan sonra Azərbaycan lotereya oyunları tarixində yeni uduş rekordu müəyyən edildi 130 000 manat!
Yəqin razılaşarsınız ki, söhbət kifayət qədər böyük məbləğdən gedir. Aprelin 21-də, axşam, AzTV-ni izləyən milyonlarla tamaşaçı, bu məbləği alarkən Zaurun yaşadığı sevincin canlı şahidi oldular və təbii ki, lotereya həvəskarlarının, eləcə də oxucuları bir sual maraqlandırır: "Görəsən bu xoşbəxt insan kimdir, nəçidir?"
Tanıyanlar onun haqqında adətən "kasıb oğlandır, başın salıb aşağı, fəhləliyini edir, ailəsini dolandırır" deyirlər. Onun özünə gəldikdə isə, hələ də xoşbəxtliyinə inana bilmir. Novruzov Zaur Qaraxan oğlu 1980-ci ildə Yardımlı rayonunda anadan olub. Evi yoxdur, kirayədə yaşayır. Evlidir. 9-aylıq oğul atasıdır. Lotereya oyunlarına münasibəti çox yaxşıdır. Aldığı 233 450 nömrəli bilet onun həyatını dəyişdi. Tirajı şəxsən izləyib və dediyinə görə hələ də özünə gəlməyib. 26-cı gedişdən başlayaraq 35-ci gedişədək gözlədiyi "6" rəqəmi lototrondan çıxanadək, hansı hisslər keçirdiyini sözlə ifadə edə bilmir. Nəhayət 130 000 manat ona təqdim edildikdən sonra "İndi bu qədər pulun var və ilk olaraq nə almaq istəyirsən?" sualına "vallah bilmirəm, hələ sevinc qarışıq şok yaşayıram " deyə cavab verir. Zaurun emosional, psixoloji durumu anlaşılandır. Bircə lotereya bileti onun həyatını dəyişdi. Xoşbəxt olsun.
Son illər minlərlə insan Azərlotereyanın keçirdiyi lotereya oyunlarında bahalı avtomobillər, iri məbləğdə pullar udurlar və bir qayda olaraq, bu uduşları alarkən onların əksəriyyəti "Azərlotereya" ASC-nin kollektivinə səmimi təşəkkür edirlər.
Qeyd etmək lazımdır ki, "Azərlotereya" ASC, bir tərəfdən müxtəlif oyunların təşkilində istehlakçıların fərqli tələbat və zövqlərinin nəzərə alınması, digər tərəfdən, tirajların keçirilməsində və uduşların qaliblərə təqdimatında dəqiqliyin, şəffaflığın təminatı baxımından öz işini optimal formatda qurub.
Artıq bir neçə ildir ki, hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri, ənənəvi,- "Yeni Binqo", "Ailə sevinci" və "5+1" lotereya oyunlarının tirajları uğurla keçirilir və keçən müddət ərzində bu oyunlardan hər birinin "sadiq azarkeşlər" qrupu formalaşıb. Digər tərəfdən, lotereya həvəskarlarının başqa bir kəsiminin (xüsusən gənclərin) arzu və istəklərinə cavab olaraq ərsəyə gələn və günü-gündən populyarlaşan "5.36" oyunu da xüsusi diqqət tələb etməyə başladıqda (qısa zaman kəsiyində "5.36" lotereyasında artıq iki nəfər iri məbləğdə "cek-pot"a sahib olub), zənnimizcə, sadə və uğurlu həll yolu tapılıb. "5.36" lotereyasının tirajları həftədə üç dəfə ənənəvi oyunların tirajları öncəsi keçirilir, başqa sözlə, müxtəlif maraq və zövqlər məharətlə uzlaşdırılır. Cari ildən başlayaraq hər ay keçirilən "Uğur" lotereyası istehlakçıların rəğbətini qazanmaqdadır. Yeri gəlmişkən, "Uğur" lotereyasının bu həftə, aprelin 24-də keçiriləcək növbəti tirajında "Toyota Corolla", "Nissan Sunny" avtomobillərini, çoxlu pulları udmaq şansını əldən verməyin.
Sadalanan oyunlara hər üç aydan bir keçirilən mövsümi lotereyaları və "Şans" ani lotereyasını da əlavə etsək sayca çox kiçik kollektivin gördüyü işin həcmini təsəvvür edə bilərik. Bircə şeyi qeyd etmək kifayətdir ki, şirkət il ərzində 320-dən çox tiraj keçirir və bütün tirajlar AzTV-də canlı yayımlanır. Kiçik bir kollektiv nə qədər insana, ailəyə sevinc, xoş ovqat bəxş edir. Hər bir uduşa sevinən kollektiv üzvləri, Zaurun maddi durumunu bildiklərindən, xüsusilə sevinir və bir ağızdan "təki bütün uduşlar Zaur kimi ehtiyacı olan insanlara qismət olsun" deyirlər. Biz də Zaura bir daha "xeyirli olsun" deyir, bütün lotereya həvəskarlarına böyük uduşlar, "Azərlotereya" ASC-nin kollektivinə isə yaradıcılıq uğurları arzulayırıq.{nl}

 

{nl}

Azərbaycan ilə İndoneziya arasında mədəni əlaqələr genişləndiriləcəkdir
Azərbaycan ilə İndoneziya arasında mədəni əlaqələr genişləndiriləcəkdir.
Bu sözləri aprelin 22-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatası sədrinin müavini Pramono Anunq Vibovonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə demişdir.
Belə görüşlərin Azərbaycan-İndoneziya ikitərəfli əməkdaşlığının genişlənməsinə xidmət etdiyini vurğulayan S.Məmmədəliyeva bildirmişdir ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdıran nazir müavini demişdir ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində son illərdə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Sevda Məmmədəliyeva demişdir ki, "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıtmışdır.
İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Bakıda keçirilmiş VI konfransının əhəmiyyətindən danışan S.Məmmədəliyeva bildirmişdir ki, bu tədbir müsəlman ölkələri arasında mədəni əlaqələrin gələcək inkişafına xüsusi təkan verəcəkdir.
Nazir müavini demişdir ki, 2011-ci ildə Bakıda Dünya Mədəniyyətlərarası Forumu keçiriləcəkdir. Bu möhtəşəm tədbirdə indoneziyalı nümayəndələrin də iştirak etməsini arzulayırıq.
Nümayəndə heyətinin başçısı Pramono Anunq Vibovo Bakıda olmağından qürur hissi duyduğunu və burada gördüyü səmimi münasibətlərdən məmnun qaldığını diqqətə çatdırmışdır.
Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən qonaq vurğulamışdır ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq bildirmişdir ki, İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalacaqdır.
Bildirilmişdir ki, dövlətlərimiz arasında mədəni əlaqələrin inkişafı naminə ciddi addımlar atılacaq və hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi məsələsi öz həllini tapacaqdır.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında