Berlində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun sərgisi keçirilmişdir

Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə yanvarın 16-da Berlində fəaliyyət göstərən "Berlin-Bakı" qalereyasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarovun və Almaniyanın tanınmış heykəltəraşı Bernhard Nürnberqin əsərlərindən ibarət birgə sərgi açılmışdır. Sərgidə Ö.Eldarovun yaratdığı məşhur heykəllərin fotoşəkilləri nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan qalereyanın direktoru İbrahim Əhrari iki tanınmış heykəltəraşın əsərlərinin qalereyada nümayişindən məmnunluğunu bildirmişdir. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Qərb və Şərq dəyərlərini özündə ehtiva edən Azərbaycan mədəniyyəti haqqında söz açmış, Ömər Eldarovu həm böyük mədəniyyət xadimi, həm də gənc istedadlara yol göstərən müəllim kimi səciyyələndirmişdir. Səfir alman heykəltəraşı B.Nürnberqin yaradıcılığının əsasən insan anatomiyasına həsr olunduğunu, sənətkarın heykəllərlə insan xarakterini ustalıqla açdığını qeyd etmişdir.
Ö.Eldarov və B.Nürnberq çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür etmiş, sərgi haqqında fikirlərini diqqətə çatdırmışlar.
Sərgidə Berlinin elmi mərkəzlərinin, mədəniyyət ocaqlarının, ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri, səfirliyin əməkdaşları iştirak etmişlər.{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin
(VüqS, AR, ŞC)

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında