AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ məsələsi yenidən gündəliyə gətiriləcəkdir

{nl}

Yanvarın 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcəkdir. Sessiyanın gündəliyinə Moldovada keçirilmiş parlament seçkiləri, "Şərq tərəfdaşlığı" proqramı və onun Şərqi Avropada iqtisadi inkişafa təsiri, Gürcüstanda demokratik təsisatların inkişafı, Bern Konvensiyasının yerinə yetirilməsi və digər məsələlər daxildir. Sessiyada insan haqları və qaçqınların vəziyyəti diqqət mərkəzində olacaqdır.
Azərbaycan parlament nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini yenidən gündəliyə gətirəcək, ölkəmizin qəti mövqeyini açıqlayacaq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsələsini qaldıracaqdır.
İclasda əsas müzakirə mövzularından biri də müasir tələblərə cavab vermək, prosesləri düzgün qiymətləndirmək baxımından Avropa Şurasında islahatlar aparılması məsələsi olacaqdır (bu məsələni Azərbaycan nümayəndə heyəti də qaldırmışdır). Avropa Şurasında islahatlarla bağlı təşkilatda xüsusi komitə də yaradılmış və sessiyada onun "Avropa Şurasının islahatları" adlı məruzəsi təqdim ediləcəkdir.
Sessiyanın keçirildiyi günlərdə Strasburqda Azərbaycanın Avropa Şurasına daxil olmasının 10-cu ildönümü ilə bağlı yubiley tədbirləri də keçiriləcəkdir. Tədbirlərdə AŞPA-nın sədri Mövlud Çavuşoğlu, Strasburq özünüidarə orqanlarının nümayəndələri, tanınmış ziyalılar iştirak edəcəklər.
Sessiyadan sonra AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Azərbaycana gələcəklər.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında