Səhiyyə naziri Ankara Universiteti rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda səfərdə olan Ankara Universitetinin rektoru Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, O.Şirəliyev Azərbaycanla Türkiyə arasında səhiyyə və tibb elmi sahəsində daimi əməkdaşlıq münasibətlərindən, qarşılıqlı həkim və tələbə mübadiləsindən danışmışdır. Nazir Azərbaycanda ölkə başçısının diqqət və qayğısı nəticəsində görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat vermişdir.
Səmimi qarşılanmaya görə öz minnətdarlıqlarını bildirən qonaqlar iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və Azərbaycan Tibb Universitetinin (ATU) rektoru akademik Əhliman Əmiraslanov da iştirak etmişlər.
Qeyd edək ki, səfər çərçivəsində Milli Onkologiya Mərkəzi və ATU ilə tanışlıq da nəzərdə tutulmuşdur.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında